İqtisadiyyat
Gəncəyə atılan raket zərbəsindən Azərbaycan-Gürcüstan elektrik xətti zədələnib
Xəbər verildiyi kimi oktyabrın 17-də təcavüzkar erməni silahlı birləşmələri gecə saat 01 radələrində Mingəçevir və Gəncə şəhərlərinə ballestik raketlərdən zərbələr endirib. Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də Gəncə istiqamətində endirilən zərbə nəticəsində Beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub.
3 cəbhəyanı kəndin yolu yenidən qurulub
Ağdam rayonunda cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətində işlər aparılıb.
Oğuz-Şəki avtomobil yolu yenidən qurulur
Vətəndaşların mənzil başına daha rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırıq və sərəncamlarına əsasən respublikanın dörd bir tərəfində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi gedir. “OLAYLAR” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu prosesin icrası nəticəsində son 5 ildə 6 min km-də çox yol yenidən qurulub və təmir edilib. Yenidən qurulub təmir edilən yolların təqribən 1500 km-i respublika əhəmiyyətli avtomobil yollarıdır.
Xırdalan dairəsində tikilən yeni körpüdə tamamlama işləri aparılır
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajı yekunlaşdırılaraq, tağ hissəsinin quraşdırılmasına başlanılıb.
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi Artıb
2020-ci ilin avqustunda Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 166,936 milyon dollar olub ki, bu da ötən ilin iyulu ilə müqayisədə 3,106 milyon dollar çoxdur.
UNEC Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb
UNEC kollektivi Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına qarşı əks-hücum əməliyyatına başlayaraq, torpaqlarımızın işğaldan azad etməsini qürurla izləyir.
Bakı Ali Neft Məktəbi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb
Bakı Ali Neft Məktəbi (BANM) ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstəyi mənəvi və vətəndaşlıq borcu hesab edərək əmək haqları hesabına Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.
Gənclər Fondundan Silahlı Qüvvələrə Yardım Fonduna Dəstək
Azərbaycan Respublikasının Gənclər Fondu və tabeliyindəki “Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan Milli Ordumuza dəstək olmaq məqsədilə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq aylıq vəzifə maaşlarından ianə ediblər.
Magistral və respublika əhəmiyyətli 2 yolun tikintisi yekunlaşır
Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir.
Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi yekunlaşır
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə aparılaraq yekunlaşdırılır.
Kimlər üçün gəlir vergisi azaldıldı?
Milli Məclisin bu gün keçirilən plenar iclasına Vergi Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Nazir müəllimləri Təbrik Etdi
təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
Neft Fondu hərracda nə qədər valyuta satıb?
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin sentyabr ayı ərzində 606,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Tovuzda yeni avtomobil tunelinin inşasına başlanılıb
Prezident İlham Əliyevin Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün imzaladığı sərəncama əsasən müvafiq işlərə başlanılıb.
Qazaxda sərhədyanı kənd yolu əsaslı şəkildə təmir edilir
Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2020-ci i il tarixində imzaladığı sərəncama əsasən Qazax rayonu, yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 13-cü km-dən ayrılan və Fərəhli kəndinə gedən yol əsaslı təmir edilir. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, uzunluğu 5 km olan yolun Fərəhli kəndinə qədər olan hissəsi 3 km, kəndin içərisindən keçən hissəsinin uzunluğu isə 2 km təşkil edir.
.jpg)













