ARDNŞ-də Yaponiyanın "Hitachi" şirkətinin nümayəndələri ilə görüş keçirilib
27 Avqust 2012 20:39 İqtisadiyyatARDNŞ-də "SUMITOMO Corporation Eurasiya" şirkətinin partnyorları olan "Hitachi Plant Technologies" şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və şirkətin müvafiq strukturlarının mütəxəssisləri iştirak ediblər.
Görüş "Hitachi" şirkətinin sutəmizləyici sistemləri, nasos və kompressor avadanlıqları sahəsində yeni texnologiyalarının tətbiqi barəsində ətraflı məlumatların təqdim edilməsi məqsədi ilə keçirilib.
Tədbirdə "Hitachi" və ARDNŞ mütəxəssisləri tərəfindən istehsalat zamanı formalaşan suların təmizlənərək tam utilizasiyası məsələsinin hazırda böyük aktuallıq kəsb etdiyi qeyd olunub, bu məsələ ətrafında müzakirə aparılıb.