Uşaq bağçası və hamam hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 25-də bir sıra kiçik dövlət müəssisəsini hərraca çıxaracaq. Bu barədə Komitədən "Olaylar"a verilən məlumata görə, hərraca çıxarılacaq obyektlər sırasında Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeçiliyində olan hamam, Nizami rayonu, Ə.Əzimzadə küçəsi, 14 ünvanında yerləşən 48 saylı uşaq bağçası var.  Məlumat üçün bildirək ki, Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeçiliyində olan hamamın sahəsi 604,2 kv.m, start satış qiyməti 64 min 650 manat, ilkin satış qiyməti 54 min 953 manatdır.  Bakı şəhəri Nizami rayonu, Ə.Əzimzadə küçəsi, 14 ünvanında yerləşən 48 saylı uşaq bağçası isə təkrar hərraca çıxaracaq. Sahəsi 711,5 kv.m olan uşaq bağçasının start satış qiyməti 154 min 911 manat, ilkin satış qiyməti 133 min 334 manatdır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31