Fərdi kompüterə təlabat artır

IDC analitik şirkəti 2016-cı ilədək dünya fərdi kompüterlər bazarı üzrə proqnozunu açıqlayıb.
Qiymətləndirmələrə əsasən, 2011-ci ildə 363,9 milyon fərdi kompüter, noutbuk və netbuk satılıb (planşet kompüterlərin satışı nəzərə alınmır). 2010-cu illə müqayisədə artım 1,7 faiz təşkil edib. Cari ildə tədarük həcmi gözlənildiyinə görə, 0,9 faiz - 367,2 milyonadək artacaq.   
Artım tempinin zəifləməsini analitiklər qeyri-sabit iqtisadi vəziyyət və alışın təxirə salınması ilə əlaqələndirirlər. Belə ki, əksər istehlakçılar yeni kompüter almağa tələsməyərək kütləvi satışına oktyabrın 26-da başlayacaq Windows 8 əməliyyat sisteminin çıxmasını gözləyirlər, 
IDC-nin proqnozuna görə, 2013-cü ildə dünya fərdi kompüter bazarı 6,5 faizlik artım nümayiş etdirərək satış həcmi 391,1 milyon ədədə çata bilər. Sonrakı illərdə tələbatın 7,0-7,5 faiz artacağı gözlənilir. 2014-cü ildə 418,6, 2015-ci ildə 450,1 milyonadək fərdi kompüter satılacaq. Proqnozlara görə, 2016-cı ildə tədarük həcmi 480 milyon ədədi ötəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31