Qeyri-yaşayış sahələrinin sayının azalması bahalaşmaya səbəb olub
27 Avqust 2012 16:53 İqtisadiyyatİyul ayı ərzində Bakı şəhəri üzrə bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 1,0% azalıb. Təklif qiymətlərinin və bazarın bu seqmenti üzrə dinamikanın nisbi azalması, ekspozisiya müddətinin artımı ilə müşahidə olunub. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən verilən məlumata görə daşınmaz əmlak bazarında baş verən proseslərə baxmayaraq, qeyri-yaşayış sahələri üzrə risk dərəcəsinin azalması müşahidə olunmaqdadır. Buna səbəb bazarın bu seqmenti üzrə gəlirlik əmsalının icarə qiymətlərinə müvafiq olaraq möhkəmlənməsi göstərilir. Ay ərzində qeyri-yaşayış sahələri və icarə bazarlarında qiymətlərin nisbi artımı müşahidə olunub. Satış və icarə qiymətləri ötən ay qeydə alınmış göstəricidən müvafiq olaraq 0.2% və 0.1% azalıb. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta satış qiyməti (təklif üzrə) 2869 dollardan 2864 dollara enib. Aparılan araşdırmalara əsasən ötən rüblə müqayisədə orta qiymətdə 0.1% azalma müşahidə olunub. Qeyri-yaşayış sahələrinin qiymətlərinin ötən ilin müvafiq dövründə qeydə alınmış nəticə ilə qiymət fərqi 0.4% aşağı olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında ən çox qiymət azalması Binəqədi rayonunda (0.8%) qeydə alınıb. Ötən ay qiymət artımı yalnız Qaradağ rayonunda (0.4%) müşahidə olunub.