Samsung şirkətinin səhmlərinin dəyəri düşür
27 Avqust 2012 15:27 İqtisadiyyatsamsung şirkətinin səhmlərinin dəyəri bazar ertəsi, avqustun 27-də Seul birjasında keçirilən hərracların ilk saatında 7,7 faiz aşağı düşüb. Koreya istehsalçısının səhmlərinin dəyərində 2008-ci ilin oktyabrından bəri ilk dəfə azalma müşahidə olunub.
Samsung-un səhmlərinin dəyərinin kəskin azalması cümə günü gecə, avqustun 24-də Cənubi Koreya şirkəti və Apple arasında patent mübahisəsini araşdıran Kaliforniya ştatının San-Hose Məhkəməsi ABŞ istehsalçısının xeyrinə qərar çıxardıqdan sonra baş verib.
Məhkəmə Samsung tərəfindən Apple-ın iPhone və iPad modellərini yaradan zaman istifadə etdiyi texnologiyanın qeyri-qanuni üzünün köçürülməsi və Cənubi Koreya şirkətinin qarşı tərəfə 1,05 milyard dollar məbləğində kompensasiya ödəməsi barədə qərar çıxarıb. Samsung nümayəndələri məhkəmənin çıxardığı qərara etiraz edəcəklərini bildiriblər. ("OLAYLAR"İA)