“AtaBank” jurnalistlər arasında müsabiqə elan edir

"AtaBank"  ASC  kütləvi informasiya vasitələrində  çalışan jurnalistlər üçün "Nağdsız hesablaşmaların geniş tətbiqi bu günün tələbidir" mövzusunda  yazı  müsabiqəsi elan edir. Bankın mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yazı müsabiqəsi nağdsız ödənişlərin stimullaşdırılması və Pos-terminallardan istifadə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə keçirilir. Müsabiqədə ən azı bir il müddətində qəzet, jurnal, portal, informasiya agentlikləri  və internet TV-də çalışan jurnalistlər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunmuş yazıların qalibləri üçün I-III və 3 həvəsləndirici yer təyin olunub.  I-ci yerin qalibinə 800, II-ci yerin qalibinə  400,  III-cü yerin qalibinə 250 manat və həvəsləndirici yerlərin 3 nəfər qalibinin hər birinə isə 100 manat pul mükafatı veriləcək. Yazıların  qəbulu 01 may tarixindən 01 iyul tarixinə qədər qəbul olunacaq.  Müsabiqənin nəticələri iyulun 15-də elan ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31