“GEN-LAB” MMC və “Azərtelekom” MMC qalib oldu

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, bağlanmış icarə müqavilələrinin şərtlərinə əməl edilməsi, eləcə də icarəyə verilmiş dövlət əmlakından dövlət büdcəsinə daxilolmaların artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirir. Komitədən "Olaylar"a verilən məlumata görə,  bu işlərin davamı kimi, komitə tərəfindən bir sıra qeyri yaşayıs sahələrinin investisiya müsabiqələri vasitəsilə icarəyə verilməsi ilə bağlı tədbirlər görülür. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov  küçəsi 17, Yasamal rayonu, Şərifzadə küçəsi 75 və Nizami rayonu, Ş.Mirzəyev küçəsi 23 ünvanında yerləşən ümumi sahələri müvafiq olaraq 285,1 kv. metr, 17,2 kv. metr və 11,2 kv. metr olan qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı investisiya müsabiqəsi elan edilib. Müsabiqənin nəticəsi olaraq Xətai rayonu, Y.Səfərov  küçəsi 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı müsabiqənin qalibi "GEN-LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilmişdir. Digər müsabiqələrin qalibi isə "Azərtelekom" MMC olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31