11 milyonluq avtomobil

Ferrarinin 1960-cı il modeli olan “California 250 LWB Spider Competizione” hərracda 11 milyon dollara satıldı

Türkiyə mətbuatının məlumatına görə Ferrari ABŞ-da təşkil olunmuş beynəlxalq "Peeble Beach Concours Delegance" festivalında marağa səbəb olub. Ferrarinin ən yeni modeli olan "F12 Berlinetta"nın təqdimatını keçirən Ferrari şirkəti sadəcə 9 ədəd istehsal olunmuş 1960-cı il modeli "Spider Competizione"ni də hərraca qoyub. Klassik avtomobil hərracda 11 milyon dollara satılıb. 1985 modelləri "Ferrari 288 GTO" 1, "Ferrari 340 MM" isə 4.5 milyon dollara satılıb. "OLAYLAR" İA
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31