“Mercedes-Benz” liderlik edir
24 Avqust 2012 16:24 İqtisadiyyat2012-ci ilin iyul ayında avtomobil bazarında bağlanan əqdlərin dinamikası 0,2 faiz azalıb. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "Olaylar"a verilən məlumata görə, bazarda tələb və təklifin azalması qiymətlərə təsir göstərməyib. Əvvəlki ayda olduğu kimi orta qiymət 16 200 manat olaraq qalıb. Bazara köhnə avtomobillərin axını azalıb. Bazarda liderliyi məşhur alman markası "Mercedes-Benz" saxlayıb. Təklif üzrə ən çox azalma "Toyota" markalı avtomobildə qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31