Mənzillər ucuzlaşmaqda davam edir

Cari ilin iyul ayında təkrar mənzil bazarında təklif həcmi 0,5 faiz artıb, orta qiymət isə 0,6 faiz azalıb. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "Olaylar"a verilən məlumata görə, bazara satış üçün təklif olunan mənzillərin sayı 7650-yə yaxınlaşıb. Ay ərzində aktivlik əmsalına görə ən cəlbedici rayonlar Xətai və Yasamal rayonları olub. Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb. Ümumilikdə, ay ərzində orta qiymət əvvəlki ayla müqayisədə 0,6 faiz azalıb. Ən çox qiymət azalması Səbail rayonunda müşahidə olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31