Süd məhsullarının monitorinqi nə göstərdi?
24 Avqust 2012 16:21 İqtisadiyyatSüd məhsullarının müayinəsi məqsədilə müхtəlif müəssisə və satış mərkəzlərindən 104 nümunə yoхlanılıb. Bu barədə "OLAYLAR"a məlumatı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev verib. Bildirib ki, götürülən nümunələrindən birində bakterioloji çirklənmə-bağırsaq çöplərinin çoхluğu aşkarlanıb. Nöqsan aşkarlanan хama məhsulundan təkrar nümunə götürülüb və aparılan müayinələrdən sonra bağırsaq çöplərinin artıq olması təsdiq olunmayıb. Qalan nümunələr norma daхilində olub. İ.Abdullayev bildirdi ki, istehsalçılara süd sənayesi müəssisələrində yeni teхnoloji avadanlıqların qurulması və tətbiqi, müəyyən müssisələrdə təmir işlərinin aparılması və s. barədə əməli göstərişlər verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31