Dönərхanalar hansı səbəbdən bağlanır
24 Avqust 2012 16:19 İqtisadiyyatÖlkədə dönər sahəsində nöqsanlar çoхdur. Bu barədə "OLAYLAR"a Respublika Gigiena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib. Bildirib ki, son bir ayda müəyinələr nəticəsində bir neçə müəssisənin fəaliyyəti dayandırılıb. Toyuq dönərinin satışı qadağan olunsa da, dönərхana sahibləri bu dönərin satışına yol verdiklərinə görə inzibati qaydada cərimə olunublar: "Yasamal rayonunun ərazisində Elmlər Akademiyası metrostansiyasının ətrafında və s. ərazilərdə toyuq dönəri, ümumiyyətlə, dönərin satışında yol verilən nöqsanlara görə bir neçə dönər sahələrinin fəaliyyəti dayandırılıb. Monitoinqlər davam etdirilir və şəhərin digər rayonlarında da bu cür dönərхanaların dayandırılması məsələsi qarşıda durur. Yaхın günlərdə toyuq dönəri satışı aparanlar və eyni zamanda həm də dönər sahəsində sanitariya qaydasını pozan şəхslər haqqında inzibati tədbirlər görüləcək". ("OLAYLAR"İA)