Ünvanlı dövlət sosial yardımı alan ailələrdən 263 ailə «Özünədəstək» layihəsinə cəlb olunub

Aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş Ünvanlı sosial yardım (ÜSY) proqramının şəffaf şəkildə icrası uğurla davam etdirilir.
      Görülən işlərin nəticəsi olaraq, cari ilin 1 avqust tarixinə olan məlumata əsasən, respublikamızda 629129 nəfər ailə üzvünü əhatə edən 141 378 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib ki, onlardan 79 559-u 2012-ci ildə yardım təyin edilən, 39 573-ü ilk dəfə ünvanlı yardım təyin olunan, 110 062-i isə dövlətdən ilk dəfə yardım alan ailələrdir.
     Aztəminatlı ailələrin potensialları nəzərə alınmaqla aktiv sosial müdafiə proqramlarına cəlb olunması yolu ilə onların özünütəminetmə imkanlarına malik olması üçün "Özünədəstək" layihəsinin icrası işləri uğurla davam etdirilir.
Artıq ölkənin 13 rayonu üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrdən 263 ailə seçilərək "Özünədəstək" layihəsinə cəlb olunub. Layihənin bütün ölkədə tətbiqi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31