“Azərsun Holdinq” İranda zəlzələdən əziyyət çəkən insanlara yardım göndərdi
24 Avqust 2012 15:10 İqtisadiyyatAvqustun 11-də İran İslam Respublikasında baş verən zəlzələ nəticəsində yüzlərlə insan vəfat etmiş, minlərlə insan yaralanmış və evlərini itirmişdir. Baş verən təbii fəlakətə biganə qalmayan dövlətimiz, Şərqi Azərbaycan əyalətindən yardımını əsirgəmədi.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 13 avqust 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən yardım karvanı İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə yola salındı. Ölkə iqtisadiyyaının inkişafına töhfələr verən "Azərsun Holdinq" də baş verən bu təbii fəalkətə biganə qalmadı. Zəruri ərzaq məhsullarından ibarət yardımı zəlzələ baş verən bölgəyə göndərdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31