Un bahalaşdı
24 Avqust 2012 14:22 İqtisadiyyatÖlkənin ticarət mərkəzlərində satılan unun qiyməti bahalaşıb. "Olaylar"ın əməkdaşlarının apardıqları araşdırma zamanı bəlli olub ki, unun həm topdansatış, həm də pərakəndə qiymətlərində artım müşahidə olunur. Əvvəl satış şəbəkələrində 17-18 manata satılan 50 kiloqramlıq un kisəsi 20-21 manata təklif olunur. Lakin unun qiymətinin artması çörək və un məmulatlarının qiymətinə təsir göstərməyib. Satıcıların bildirdiklərinə görə, unun qiymətinin bahalaşmasına səbəb dünya bazarında qiymətlərin artmasıdır. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ölkədə buğdanın qiymətində artım qeydə alınmayıb. İstehsal olunan buğda isə əhalinin tələbatını ödəmək həddindədir. Yəni, ölkədə buğda qıtlığı gözlənilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31