Azərbaycan 5694 növ məhsul idxal edib
24 Avqust 2012 13:28 İqtisadiyyatCari ilin yanvar-iyul ayları ərzində Azərbaycanın xarici dövlətlərlə apardığı ticarət əməliyyatlarının həcmi 19,39 milyard dollar təşkil edib.
Dövlət Gömrük Komitəsindən daxil olan məlumata görə, hesabat dövründə 8,78 milyard dollar həcmində müsbət saldo yaranıb. İlin yeddi ayında ixrac əməliyyatlarının həcmi 14,08 milyard dollar təşkil edib. Hesabat dövründə idxal əməliyyatlarının həcmi isə 5,299 milyard dollar olub. Yanvar-iyul ayları ərzində Azərbaycan 1795 növ məhsul ixrac edib. Hesabat dövründə Azərbaycana idxal olunan məhsullar isə 5694 növ olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31