Kompyuter istehsalı 37 dəfə artıb
30 Aprel 2012 18:19 İqtisadiyyatBu ilin birinci rübündə kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 63,2 milyon manat olub. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə kompyuter və digər elektron avadanlıqların istehsalı 37 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 4,9 dəfə artıb. Yanvar-mart ayları ərzində 24 ədəd güc transformatorları (65,7% az), 885 ədəd məişət soyuducuları istehsal edilib (25% çox), televizorların istehsalı 1,9 dəfə artıb (6030 ədəd).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31