141378 ailə ünvanlı sosial yardım alır

Cari ilin 1 avqust tarixinə olan məlumata əsasən, respublikamızda 629129 nəfər ailə üzvünü əhatə edən 141 378 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib ki, onlardan 79 559-u 2012-ci ildə yardım təyin edilən, 39 573-ü ilk dəfə ünvanlı yardım təyin olunan, 110 062-i isə dövlətdən ilk dəfə yardım alan ailələrdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ünvanlı dövlət sosial yardımı alan ailələrdə 306308 nəfər yaşı 18-dək olan, 9 669 nəfər 1 yaşadək olan ailə üzvləridir. Həmin ailələrdə sağlamlıq imkanları məhdud 18 yaşınadək ailə üzvlərinin sayı 9 764 nəfər, üzrlü səbəblərə görə işləməyən əmək qabiliyyətli ailə üzvlərinin sayı 59 926 nəfər təşkil edir. Yardım təyin olunan ailələrdən 58 627-i 3 və daha çox uşağı olan, 666-ı tərkibində müharibə əlili olan, 18 059-u tərkibində digər səbəblərdən əlil olan, 12 552-i məcburi köçkün, 39-u isə şəhid ailələridir. Ayda orta hesabla hər ailəyə 110,26 manat, hər ailə üzvünə isə 24,78 manat ünvanlı yardım ödənilir. Ünvanlı yardım alan ailələrdən 99,7 faizi yardımı plastik kart vasitəsi ilə alır. Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə təxminən 3 dəfəyə yaxın artırılaraq cari ilin əvvəlindən 84 manata çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31