İran gizlincə Şərqi Avropadan 400 min ton taxıl alıb
22 Avqust 2012 17:02 İqtisadiyyatQərb KİV-lərinin iddasına görə çox ciddi ərzaq qıtlığı ilə qarşılaşan İran gizli şəkildə Şərqi Avropadan 400 min ton taxıl alıb. "Olaylar"ın Türkiyə bürosunun verdiyi məlumata görə, çox çətinliklə də olsa İran bu əməliyyatı vasitəçi şəxslər və şirkətlərin yardımı ilə həyata keçrməyə nail olub. Məlumatda o da bildirilir ki, atom proqramı səbəbi ilə İrana qarşı beynəlxalq sanksiyalar tətbiq edilir və beynəlxalq ticarət əməliyyatları üçün valyuta transferi əməliyyatlarına da qadağa qoyulub. İran bir neçə dəfə Hindistan Pakistan və Türkiyə vasitəsi ilə ərzaq məhsulları almağa cəhd etsə də bu cəhdlərin vaxtlnda qarşısı alınıb. Qeyd edək ki, son iki ayda İranda ərzaq məhsullarının qiyməti 25 -30 faiz bahalaşıb və bu səbəbdən vətəndaşlar arasında çox ciddi narazılıq var. Bəzi şəhər və qəsəbələrdə hətta ərzaq qıtlığı ilə əlaqədar kütləvi etiraz aksiyaları da baş verib.