Mənzillərin qiyməti 1 faiz ucuzlaşıb
22 Avqust 2012 16:41 İqtisadiyyatCari ilin iyul ayında paytaxtın ilkin mənzil bazarında baş verən azalma ötən ayla müqayisədə 1,0% təşkil edib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "Oilaylar"a verilən məlumata görə, daşınmaz əmlak bazarında 2012-ci ilin iyun-iyul aylarında müşahidə olunan passivlik ilkin mənzil bazarında da hiss edilib. Belə ki, bağlanan əqdlərin dinamikasında da azalma qeydə alınıb. Bаkı şəhəri üzrə ilkin mənzil bаzаrında аrаşdırılmаyа məruz qаlаn iri çoxmənzilli yaşayış binаlаrın sаyında heç bir dəyişiklik baş verməyib, aktivlik aşağı olduğundan satışdan çıxan bina qeydə alınmayıb. Son aylarda stabilləşməyə doğru davam edən qiymətlər iyul ayında da cüzi dəyişikliklə yadda qalıb. İyulda 1,0% azalma baş verərək 1 kv.metr üzrə orta qiymət göstəricisi 802,3 manata bərabər olub. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 2,3%, ötən ilə nisbətdə isə 4,1% azalma kimi qeydə alınıb.