Coca-Cola və McDonaldsın fəaliyyəti dayandırılacaq

Bolivar hakimiyyəti qərar qəbul edib

Məşhur Amerikan şirkətləri Coca-Cola və McDonaldsın Boliviyadakı fəaliyyətini tamamilə dayandıracaq. Bu barədə Telesur kanalı məlumat verir. Məlumata görə, Bolivar hökuməti dekabrdan Coca-Cola şirkətinin dövlət ərazisində fəaliyyətini qadağan etmək istəyir. Sürətli qidalanma şəbəkəsi isə bəzi iqtisadi səbəblər üzündən bağlanılır. Boliviyanın xarici işlər naziri David Çokeunka qeyd edib ki, Coca-Cola ilə bağlı qadağa dekabrın 21-də qüvvəyə minəcək: "Bu qərar Mayya təqviminin başa çatması ilə çox gözəl ahəng təşkil edəcək və kapitalizmin sonu və həqiqi mədəni həyatın başlanğıcına həsr olunmuş bayram tədbirlərinin bir hissəsi olacaq". Onun sözlərinə görə, bu gün eqoizm erası və insanların müxtəlif xalqlara parçalanmasının sonu olacaq: "21 dekabr Coca-Cola içkisi üçün son və mokoçinçe (şaftalı əsasında hazırlanmış içki) üçün isə başlanğıc olacaq. Planetlər həmin gün 26 min il ərzində ilk dəfə bir sıraya düzüləcək, bu isə kapitalizmin sonu və kommunitarizmin başlanğıcı deməkdir". Boliviyada Coca-Cola istehsalına qadağa qoyulması isə birbaşa olaraq, onun insan sağlamlığı üçün zərərli olması faktoru ilə bağlıdır. Həmçinin bunu milli mədəni mirasın qorunub saxlanması kimi qiymətləndirmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31