Təkrar mənzil bazarında artım qeydə alınıb

Cari ilin mart ayı ərzində daşınmaz əmlakın təkrar mənzil  bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə 6,1 faiz artıq müşahidə edilib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "OLAYLAR"-a bildirilib ki, mart ayında təkrar mənzil bazarında təklif həcmi əvvəlki ayla müqayisədə 1,2 faiz artıb, orta qiymət isə ötən ayla müqayisədə 2,7 faiz yüksəlib. Hesabat dövründə aktivlik əmsalına görə, ən cəlbedici rayonlar əvvəlki ayda olduğu kimi Xətai, Nərimanov, Binəqədi və Yasamal rayonları olub. Bu rayonların ən vacib cəhəti şəhərə yaxınlığı və qiymətlərin ipoteka şərtlərinə münasibliyidir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31