Paytaxtda yaşayış sahələrinin qiyməti qalxıb
30 Aprel 2012 17:07 İqtisadiyyat"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupu tərəfindən aparılan bazar araşdırmalarına əsasən bu ilin mart ayında bazara çıxarılan qeyri-yaşayış sahələri əvvəlki ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişmiş mənzillərdən ibarət olub. İctimai Birlikdən "OLAYLAR"-a bildirlib ki, bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası əvvəlki ayla müqayisədə 1,3 fazi artıb. Mart ayı ərzində qeyri-yaşayış sahələri və icarə bazarlarında qiymətlərin nisbi artımı müşahidə olunub. Satış və icarə qiymətləri ötən ay qeydə alınmış göstəricidən müvafiq olaraq 0,3 və 0,7 faiz artıb. Bakı şəhəri üzrə 1 kvadrat metr qeyri-yaşayış sahəsinin orta satış qiyməti 2836 dollardan 2844 dollara qalxıb. Aparılan araşdırmalara əsasən ötən rüblə müqayisədə orta qiymətdə 0,3 faiz azalma müşahidə edilib.