Mobil telefonların hərracı keçiriləcək

Sentyabrın 18-də  müsadirə edilmiş dövlət mülkiyyətinə keçən əmlaklar  hərraca çıxarılacaq. Əmlak Məsələləri Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə, müsadirə edilmiş mallar əsasən mobil telefonlardan ibarətdir. Belə ki, müxtəlif markalı mobil telefonlar və danışıq kartıarı satışa çıxarılacaq. Hərraca çıxarılacaq telefonların qiyməti 30-233 manat arasında dəyişir. Bundan başqa, hərraca loto kartları və daşları, eləcə də çoxavazlı səs siqnalı çıxarılacaq. Hərraclar Nizami və Qaradağ rayonlarında təşkil ediləcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31