230 kiloqram mal satışdan çıxarıldı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Nərimanov rayonunda Aşıq Alı küçəsi, ev 7/19 ünvanında yerləşən "Avand market"də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir.  Səbail rayonunda Puşkin küçəsi, ev 5, mənzil 4/12 ünvanında yerləşən "A.F. market"də; Xəqani küçəsində "Firuzə market"də və Vaqif  Hüseynova məxsus mağazada; Ə.Cavad küçəsi, 22/120 ünvanında yerləşən "Şəki market"də; R.Behbudov və Xəqani küçələrinin kəsişməsində Ağasəlim Ağaəli oğluna məxsus mağazada; Nərimanov rayonunda Ə.Rəcəbli küçəsi, ev 26 ünvanında Dövlətxan Sarıyevə məxsus mağazada; F.X.Xoyski prospektində yerləşən "Təzə market"də və Kamil Hüseynova  məxsus mağazada; Ə.Əbdülrəhimov küçəsi, 120, bina 126 ünvanında yerləşən "Aysu market"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Sumqayıt şəhərində 2-ci mikrorayon, Sülh küçəsində İsa Cabbarova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanmışdır.  Gəncə şəhərində İsrafilbəyov küçəsində Ceyhun Qəhrəmanova məxsus mağazada; Mingəçevir şəhərində Təbriz küçəsi, 23 ünvanında yerləşən "Uğur market"də; Puşkin küçəsində yerəşən "Sahibkar" mağazasında isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilmişdir. Ümumilikdə, monitorinqlər zamanı 230 kq-dan çox ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.  Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31