Prezident sərəncam imzaladı
17 Avqust 2012 20:09 İqtisadiyyatAzərbaycan prezidenti İlham Əliyev Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Şürük-Vel-Qamışovka avtomobil yolunun tikintisi məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3.2 milyon manat ayrılıb. AzərTAc
Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31