"Moskva", "Kiev", "Dobraya korova", "Domaşneye", "Xaş-xaşlı kreker", "Balıq kreker", "Sport", "Jasmin" peçenyelərinini satışı qadağan edildi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zamiry İran Hamidə məxsus istehsal sexində dövlət nəzarəti aparıb. Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydaların tələblərinə cavab verən, standartın tələblərinə uyğun, insan həyatı və sağlamlığı üçün təhlükəsiz məhsul istehsal etmək üçün lazımi şəraiti mövcud deyil. Müəssisədə qarğıdalı çubuqları, vafli, marmelad və "Moskva", "Kiev", "Dobraya korova", "Domaşneye", "Xaş-xaşlı kreker", "Balıq kreker", "Sport", "Jasmin" adlı müxtəlif növ peçenyelər AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən sertifikatlaşdırılmadan istehsal olunur. Aşkar olunmuş nöqsanlarla bağlı etibarnamə ilə fəaliyyət göstərən Bəylər Kərimova qarğıdalı çubuqları, vafli, marmelad və müxtəlif növ peçenyelərin istehsalı və satışı qadağan edilib, İnzibati Xətalar Məcəlləsinin 228.0.3 və 228.0.12 maddələrinə əsasən 1500 manat miqdarında cərimə edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31