İsveçrəli mütəxəssislər İranda zəlzələnin zərərini hesablayacaqlar

İsveşrə hökuməti  İranda zəlzələdən zərər çəkən bölgəyə mütəxəssis göndərir. 4 nəfərdən ibarət olan qruplar zəlzələ bölgəsində bir sıra vacib işlərin görülməsini planlaşdırır. Belə ki, komanda əsasən zəlzələ nəticəsində bölgəyə dəymiş zərəri hesablayacaq, Qırmızı Aypara Cəmiyyəti əməkdaşlarına isə ərzaq paylamaq və tibbi yardım işlərində yardım edəcəklər. Məlumatda o da bildirilir ki, mütəxəssislər özləri ilə zəlzələdən zərər çəkənlərə humanitar yardım kimi çadır, adeyal və səyyar mətbəxt də gətiriblər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31