Qəhvə çayı bazardan sıxışdırır

Çay ixracı 180 mln kq azala bilər

Hind çayının ixracı 193 milyon kiloqramdan 13 milyona qədər azala bilər. Xarici mətbuatın iddiasına görə, çay istehsalı və ixracının azalması dünya bazarında  bu nov məhsulun qiymətini qaldıra bilər. Bu arada mütəxəssislər bəyan ediblər ki, dünya bazarında qəhvəyə olan tələbat çaya tələbatı xeyli üstələyib, başqa sözlə, qəhvə çayı bazardan çıxarib. Yalnız 2012-ci ilin axırlarında çaya olan tələbat 2,9 faiz arta bilər. Məlumat üçün qeyd edək ki, Hindistan dünyada ən böyük çay istehsalçısıdır. Lakin çay istehsalının 70 faizini bu ölkə əhalisinin özü isttehlak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31