ARDNŞ azərbaycanlıların məskunlaşdığı Kvemo Kartli regionunun inkişafı haqqında memorandum imzalayıb

Gürcüstanın azərbaycanlılar məskunlaşan Kvemo Kartli regionunun diyar administrasiyası ilə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Trend-in məlumatına görə, Rustavidə sənədi regionun qubernatoru David Kirkitadze və Rustavidə olan ARDNŞ prezidenti Rövnəq Abdullayev imzalayıb.
Saziş ARDNŞ-nin regionun kənd təsərürfatı infrastrukturunun inkişafında, regionun kəndlərində suvarma sisteminin inkişafında iştirak etməyə hazırlığını ifadə edir. Şirkət habelə regiondakı məktəblərin və uşaq bağçalarının bərpasında, onların müasir infrastrukturla təchiz etməyə hazırdır.
Qeyd edək ki, regionda habelə ARDNŞ-nin həyata keçirdiyi fəal qazlaşdırma prosesi aparılır.
Rövnəq Abdullayev Trend-ə bildirib ki, ARDNŞ bir çox ölkələrdə kommersiya layihələri həyata keçirir və paralel olaraq sosial layihələrə böyük diqqət ayırır.
"Biz daim şirkətimizin işlədiyi ölkələrə münasibətdə sosial məsuliyyət hiss edirik. Kvemo Kartli böyük regiondur və biz ilk növbədə məktəb və uşaq bağçaları infrastrukturunun inkişafına, eləcə də suvarma sistemlərinin inkişafına kömək edirik", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31