630 kiloqramdan artıq mal saxta çıxdı

Bakının Nizami rayonunda-Q.Qarayev prospektində Rahilə Məhərrəmovaya məxsus mağazada və "Nərmin market"də, R.Rüstəmov küçəsi, ev 50 ünvanında Tural Hüseynova məxsus marketdə, Xəzər rayonunda-Buzovna qəsəbəsində Mirzəbala Aslanova məxsus mağazada və Niyaz Paşayevə məxsus mağazada, Nərimanov rayonunda M.Əlizadə küçəsi, ev 120A ünvanında Təranə Həsənovaya məxsus mağazada saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Həmçinin Nərimanov rayonunda-Ak.H.Əliyev küçəsi, 82 ünvanında yerləşən "Red market"də, Atatürk prospekti və Əlizadə döngəsinin kəsişməsindəki "Məhəllə market"də, Xəzər rayonunda Buzovna qəsəbəsində "Nərgiz market"də, "Buzovna market"də, Nəzrə Taxayevaya və Abbas Mövsümova məxsus mağazalarda, Lermontov küçəsi ilə Axundov küçəsinin kəsişməsində Emin Əliyevə məxsus mağazada, Nizami rayonunda-B.Nuriyev küçəsi, ev 83C ünvanında yerləşən "Ayna market"də, R.Rüstəmov küçəsində Samirə Əlişovaya və Elnur Əsgərova məxsus mağazada, A.Manafov küçəsi, ev 1 ünvanındakı "Könül market"də, C.Naxçıvansi küçəsi, ev 90 ünvanında Səbinə Həsənovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb. Bundan başqa, Ağcabədi şəhərində N.Nərimanov küçəsində Vüqar Paşayevə məxsus mağazada, H.Əliyev prospektində Rüfət Novruzzadəyə məxsus mğazada, Sumqayıt şəhərində-H.Əliyev prospekti, 22-ci məhəllədə Dilrubə Karaya məxsus mağazada, Novxanı yolu, Sahil zolağında Ədalət Ələkbərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilib. Sabirabad rayonunda-20 Yanvar küçəsində Mirəli Abasova məxsus mağazada, H.Əliyev prospektində yerləşən "Rüfət" Ticarət Mərkəzində, Şəmkir şəhərində-20 yanvar küçəsində Ceyhun Hüseynova məxsus mağazada, Ş.Qurbanov küçəsində Niyaz Qasımova məxsus mağazada, Masallı şəhərində-Fizuli küçəsində Fərqanə Dəyyanovaya məxsus mağazada, Xaçmaz rayonunda-Çinar-tala kəndində Dostıxanım Mədətovaya məxsus mağazada, Goranboyda-V.Bayramov küçəsində Ərəstun Əmiraslanova məxsus mağazada, -16-cı məhəllədə Arif Bayramova məxsus mağazada, Ağstafada-H.Əliyev küçəsi, 34 ünvanında Vüqar Tağıyevə məxsus mağazada, Köçəsgər kəndində Tahirə Sadıxovaya məxsus mağazada, Mingəçevirdə-H.Əliyev prospektində Tofiq Süleymanova və Rahimə Məsimovaya məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31