“Balaca” uşaq geyimlərinin əmlakı siyahıya alınib

Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları Nərimanov rayonu, Ağa Nemətulla, 23 ünvanda yerləşən, fiziki şəxs Əmirov Asəf Haqverdi oğluna məxsus (VÖEN: 1100322712) "Balaca" uşaq geyimləri mağazasında əmlakın siyahıya alınması tədbirlərini həyata keçiriblər.  Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, A.Əmirovun fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən yoxlanılarkən, onun 2009-cu ilin noyabr ayından bəri 3 min 513,7 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib.  Qanunvericilikdə nəzərdə tutulan bütün tədbirlərin görülməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə və sonuncu dəfə 2012-ci ilin iyul ayının 23-də vergi borcu haqqında bildirişin göndərilməsinə baxmayaraq, vergi ödəyicisinin dövlət büdcəsinə olan borcları ödənilməyib. Buna görə də avqust ayının 10-da Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi A.Əmirova məxsus əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb, vergi orqanı əməkdaşları tərəfindən  ona məxsus "Balaca" uşaq geyimləri mağazasında 3 min 555 manat məbləğində müxtəlif növ uşaq geyimlərinin müvafiq qaydada siyahıya alınması həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31