Qaçaqmalçıdan “Vodka Dudka” arağı götürülüb
16 Avqust 2012 15:36 İqtisadiyyatXaçmaz Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatına əsasən, Samur qəsəbəsindən 25-ci kilometr adlanan məntəqə istiqamətinə hərəkət edən "Mercedes Benz E230" markalı nəqliyyat vasitəsini Qusar rayonunun Quxur Oba kəndi ərazisində saxlamış və vizual baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı avtomaşını idarə edən Azərbaycan vətəndaşı Fəxrəddin İmamquliyev avtomaşında Rusiya Federasiyasının aksiz markası ilə markalanan araqların olduğunu və onları satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib. Bundan sonra, F.İmamquliyev avtomaşında olan yüklərə baxış keçirilməsi məqsədilə Xaçmaz Gömrük İdarəsinə dəvət olunub və nəticədə, avtomaşının baqajındakı 5 ədəd karton qutudan Rusiya Federasiyasının aksiz markası ilə markalanan 81 ədəd 0,7 litrlik "Vodka Dudka" araqları aşkar olunaraq protokol əsasında götürülüb. Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşı Həsən Hüseynovun idarə etdiyi "Opel Vektra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı zamanı orada gömrük nəzarətindən gizlədilmiş 360 qutu (36 blok) "Marlboro Mikro", 280 qutu (28 blok) "Senator", 40 qutu (4 blok) "Parlament Aqua Blue", 20 qutu (2 blok) "Marlboro" markalı siqaretlər və 10 ədəd "İphone 4S" markalı mobil telefon aşkar olunub.