Mercedesdə “Malboro” və mobil telefon aşkar edildi
16 Avqust 2012 15:35 İqtisadiyyat"Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn Azərbaycan vətəndaşı Rəşad Qaravəliyevin etibarnamə ilə idarə etdiyi "Mercedes Benz 250" markalı minik avtomobilinə gömrük nəzarəti aparılıb. Dövlət Gpmrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, maxış zamanı nəqliyyat vasitəsindən müxtəlif markalı, cəmi 217 ədəd mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar - 209 ədəd akkumlyator, 239 ədəd qidalandırma cihazı və 236 ədəd qulaqcıq gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilib. Eyni zamanda, nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətindən gizlədilmiş şəkildə 20 blok "Marlboro" siqareti aşkar olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31