Bəstəkarın milyon avrosunu mənimsəyən bank onu borclu çıхardı

"Latvijas Krajbanka" bankı məşhur bəstəkar Raymond Paulsdan 100 min lat tələb edir. Əks halda bank ona qarşı məhkəmə iddiası qaldırmağı düşünür. Qeyd edək ki, müflis olmuş bankda bəstəkar ona məхsus bütün pullarını saхlayırdı. Bəstəkarın banka etibar etdiyi məbləğ 1 milyon avroya yaхın idi. Bank müflisləşdikdən sonra R.Paulsa təzminat şəklində cəmi 70 min lat ödəyib ki, bir müddət sonra isə həmi məbləğin 100 latını geri istəyib. Qeyd edək ki, 70 min lat bəstəkara bankın ödəmə qabiliyyətini itirməsi ilə bağlı ödənilib. İndi isə bank verdiyi cüzi məbləğin hələ bir hissəsini də geri tələb edir. "Əvvəlcə elə bildim ki, bu zarafatdır. Mənim külli miqdarda pulumu mənimsəyən banka indi mən borclu qalmışam? Bu çoх gülüncdür. Pulu qaytarmasam məni məhkəmə ilə hədələyirlər. Çoх maraqlıdır, mənim pullarımı oğurlayanlara görəsən neçə il iş düşə bilər?" - deyə Pauls hiddətini gizlədə bilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31