Corc Soros indi də qızıl bazarına girişib

İnvestor-milyarder qiymətli metal bazarında ucuzlaşmadan istifadə etmək istəyir

İnvestor-milyarder Corc Soros qiymətli metal bazarında qiymətlərin kəskin aşağı düşməsindən istifadə edərək, qızıla etdiyi yatırımları artırıb. "OLAYLAR"-ın Bloomberg agentliyinə istinadən verdiyi xəbərə görə, 2008-ci ildən bəri qızılın rüblük qiymətinin aşağı düşməsində maksimal nəticə qeydə alınıb. Öz "qızılı" investisiyalarını hec-fond meneceri John Paulson da genişləndirib. Beləliklə, Soros Fund Management-in qızıl satışları ilə məşğul olan SPDR Gold Trust fondundakı payı ikinci rübün sonunda ilin birinci rübü ilə müqayisədə iki dəfədən çox artaraq, 884 min səhm olub. Paulson & Co. investisiya firmalarının payı isə 26% artaraq, 21,8  milyon səhm olub.  Son zamanlar ərzində isə Avropada baş qaldırmış borc böhranının fonunda qiymətli metalın dəyəri yenidən yüksəlib; avqustun 15-də bu regionda qızılın bir unsiyası 1603 dollara alınıb-satılır. Ötən il isə qızılın qiyməti müəyyən bir məqamda bir unsiyaya görə1889 dollara çataraq rekord müəyyən etmişdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31