Elektron qələmli komputer satışa çıxarılıb
16 Avqust 2012 14:36 İqtisadiyyatKoreyanın Samsung şirkəti xüsusi S Pen stilusu (elektron qələm) ilə təchiz edilən Galaxy Note 10.1 planşet kompüterini satışa çıxarıb.
Planşet ABŞ-da satışa çıxarılıb və qurğunun 16 KB-lıq quraşdırılmış yaddaşla qiyməti 500 dollar, 32 giqabaytla 550 dollar təşkil edir.
Galaxy Note 10,1 düym diaqonallı ekran, dördnüvəli prosessor və iki giqabaytlıq operativ yaddaşla təchiz olunub. Aparat Android əməliyyat sisteminin sonuncu versiyası ilə tədarük ediləcək.
Samsung planşetdə Yaponiyanın Wacom qrafik planşetlər istehsalçısının texnologiyasını quraşdırıb. Texnologiya ekranda stilusun basılma gücünə reaksiya verən xüsusi təbəqə yaratmağa imkan verir. İstehsalçılar S Pen-i yeni qurğunun "ürəyi və qəlbi" adlandırırlar. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31