Ramazan bayramı ilə əlaqədar sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq

"Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş iş rejiminə keçib

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.  QSC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi, vaqonlarda soyuducu sistemin normal işləməsi istiqamətində ciddi işlər görür. Bundan əlavə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar Departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulmasını təmin edir. Sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqon qoşulmasını təmin edir. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31