Qış olimpiya məşəlinin Soçiyə çatdırılması 200 milyon rubla başa gələcək

Olimpiya məşəlinin növbəti qış olimpiadasının keçiriləcəyi Soçi şəhərinə çatdırılması 200 milyon rubla başa gələcək. Olimpiya Komitəsi qərara alıb ki, olimpiya oyunları tarixində möhtəşəm məşəlvermə mərasimi keçirilsin. Bu məqsədlə 16 min məşəlin alınması planlaşdırılır. London olimpiadasında isə məşəllərin sayı 8 min təşkil edib. Qış olimpiya  məşəllərini  Krosnayarsk vilayətinin "Krasmaş" zavodu istehsal edəcək. Bu məqsədlə zavodla 207 milyon dollar dəyərində müqavilə imzalanıb.  Zavod "Sineva" tipli qitələrarası ballestik raket isrehsalı ilə məşğul olur.  London olimpiadasının bağlanış zamanı Soçi-2014-ün təşkilat rəhbəri məlumat verib ki, estafetin ötürülməsinə 14 min nəfər cəlb olunacaq. Məşəlin daşınması 56 min kilometr məsafəni qət etməklə Rusiyanın bütün əyalətlərindən keçəcək. Məşəlin daşınmasına 2013-cü ilin oktyabrında onun Ainadan götürülməklə start veriləcək. Məlumatda o da bildirilir ki, yay və qış olimpiya məşəlləri bir-birindən fərqlidir. Qış olimpiya məşəli daha möhkəm və soyuğa davamlılığı ilə seçilir. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31