Azərbaycanda qazlaşma səviyyəsi 76,4 faizə çatıb
15 Avqust 2012 20:08 İqtisadiyyatAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, eləcə də qaz təchizatı şəbəkəsinin əsaslı təmiri istiqamətində genişmiqyaslı işləri nəticəsində son illərdə qazlaşma və qaz təminatının bərpası işləri respublikanın bütün bölgələrini əhatə etmiş, 284 yaşayış məntəqəsi qazlaşdırılmış və qaz təminatı bərpa olunmuşdur. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin məlumatında deyilir.
2009-2012-ci illərdə respublikada 253455 yeni əhali kateqoriyasına aid abonent, o cümlədən Bakı şəhərində 71403, regionlarda isə 182052 abonent təbii qazla təmin olunmuşdur. Son bir il ərzində isə 96 994 yeni əhali kateqoriyasına aid abonent, o cümlədən Bakı şəhərində 17188, regionlarda isə 79806 abonent təbii qazla təmin olunmuşdur.
İstеhlаkçılаra verilən "mavi yanacağ"ın dəyərinin tаm həcmdə və vахtındа ödənilməsi istiqаmətində görülən işlər nəticəsində 2009-2012-ci illərdə 836942 ədəd sayğac, o cümlədən 360229 ədəd "smart-kart" tipli elektron qaz sayğacı quraşdırılmış və ya əvəz olunmuşdur. Son 1 il ərzində isə respublikada 364165 ədəd qaz sayğacı, o cümlədən 190557 ədəd "smart-kart" tipli elektron qaz sayğacı quraşdırılmış və ya əvəz olunmuşdur.
Qaz şəbəkəsinin nəqletmə imkanlarının artırılması, təhlükəsiz və normal rejimdə istismarının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə 2009-2012-ci illərdə 11667,2 kilometr uzunluğunda yeni magistral, daşıyıcı və paylayıcı qaz kəməri çəkilmiş, 3873,6 kilometr uzunluğunda magistral, daşıyıcı və paylayıcı qaz kəməri əsaslı təmir olunmuşdur. Bu müddət ərzində 13 qazpaylayıcı stansiya qurulmuş, 27 qazpaylayıcı stansiya əsaslı təmir olunmuşdur. Həyata keçirilmiş tədbirlər nəticəsində 01 avqust 2012-ci il tarixə Azərbaycan Respublikasında qazlaşma səviyyəsi 76,4 faiz, o cümlədən Bakı şəhərində 96,3 faiz, regionlarda isə 65,4 faizə çatdırılmışdır.
2011-ci ildə Bakı şəhərində və Abşeron rayonunda 153 obyektdə tikinti və təmir işləri aparılmış, 1093 kilometr uzunluğunda qaz xətti çəkilmiş, 134 839 ədəd mexaniki qaz sayğacı "smart-kart" tipli elektron qaz sayğacı ilə əvəz olunmuşdur. 2012-ci ildə isə 207 obyektdə tikinti və təmir işləri aparılmış, 1300,4 kilometr uzunluğunda qaz xətti çəkilmiş, 79137 ədəd mexaniki qaz sayğacı "smart-kart" tipli elektron qaz sayğacı ilə əvəz olunmuşdur.