Sabah 271 milyon səhmin satış qadağası ləğv ediləcək
15 Avqust 2012 18:26 İqtisadiyyatSabah IPO (səhmlərin ilkin yerləşdirilməsi) keçirilən zaman Facebook sosial şəbəkəsinin alınmış qiymətli kağızlarının satışına qoyulan qadağanın müddəti başa çatır. Avqustun 16-da 271 milyon səhmin satış qadağası ləğv ediləcək ki, bu da şirkətin nizamnamə kapitalının 12,6 faizini təşkil edir. Bəzi ekspertlərin fikrincə, sərmayədarlar birjada dəyərini xeyli itirmiş səhmləri satmağa başlaya bilərlər.
Qadağanın ləğv olunduğu iri səhmdarlar arasında Accel Partners (nizamnamə kapitalının 6,7 faizi), DST Global (3,9%), Şon Parker (3,2%), Mail.ru Group (2,3%), Goldman Sachs (1,9%) və Piter Til (1,3%) yer alıb.
Accel şirkəti 2005-ci ildə Facebook-a 100 milyon dollar məbləğində qiymətləndirmə ilə 12,7 milyon dollar sərmayə yatırmaqla bu yaxınlarda keçirilən IPO zamanı artıq 1,9 milyard dollar məbləğində səhm satıb. ("OLAYLAR"İA)