bp ilk yarım ilin göstəricilərini açıqladı

"Azəri-Çıraq-Günəşli" (AÇG) üzrə bu ilin birinci yarımilində 16,8 milyon ton neft hasil edilib. "Azadinform" xəbər verir ki, bu barədə layihənin operatoru olan bp şirkətinin məlumatında bildirilir. Qeyd edilir ki, bu müddət ərzində "Şahdəniz"dən 3,36 milyard kubmetr qaz, 0,9 milyon ton kondensat hasil edilib.

İlk yarım ildə əməliyyat xərcləri AÇG üzrə 346,4 milyon, "Şahdəniz" üzrə 154,6 milyon dollar təşkil edib. Hesabat dövründə əsaslı xərclər AÇG üzrə 1,209 milyon, BTC üzrə 18,9 milyon, "Şahdəniz" üzrə 471,7 milyon, Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə isə 6 milyon dollar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31