Siqaret istehsalçılarına böyük zərbə

Avstraliya hökuməti siqaret istehsalçılarına böyük bir zərbə vurdu. "OLAYLAR"-ın cumhurriyet.com-a istinadən verdiyi xəbərə görə, dekabrın 1-dən etibarən bu ölkəyə gətiriləcək siqaret qutularının üzərində onu istehsal edən şirkətin markası və loqosu yer almayacaq. Əvəzində siqaret qutularının üzərində onun üzərində insan orqanizminə zərərini əks etdirən şəkillər yer alacaq. Artıq bu barədə Avstraliyada qərar qəbul edildiyi bildirilir. Siqaret istehsalçıları isə qətiyyətlə qərara qarşı çıxıblar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31