Manatın dizaynı dəyişdiriləcək
Azərbaycanda pul nişanlarının mühafizəsi daha da təkmilləşdiriləcək
15 Avqust 2012 15:21 İqtisadiyyatAzərbaycanda pul nişanlarının dizaynı və mühafizəsi daha da təkmilləşdiriləcək.Bu barədə Azərbaycan Mərkəzi Bankının Azərbaycanın milli valyutası - manatın tədavülə buraxılmasının 20 illiyi münasibətilə yaydığı məlumatda bildirilir.Məlumatda deyilir ki, Mərkəzi Bank milli valyutada pul nişanlarının etibarlığını və cəlbediciliyini yüksək səviyyədə saxlamaq üçün müasir tələblərə cavab verən növbəti nəsil pul nişanlarının dizayn və mühafizə fəlsəfəsinin hazırlanması ilə əlaqədar müvafiq layihənin icrasına başlayıb.Xatırladaq ki, hazırda tədavüldə olan pul nişanları 2006-cı ildən, denominasiya nəticəsində tətbiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31