Britaniya bankı İrana görə cərimə ödədi
15 Avqust 2012 15:13 İqtisadiyyatAmerika maliyyə requlyatorlarının İran kampaniyaları ilə qeyri-qanuni əməliyyat keçirməkdə ittiham etdikləri Britaniyanın Standard Chartered bankı, 340 milyon dollar civarında cərimə ödəməyə razı olduğunu bildirib. "OLAYLAR"-ın "Agence France-Pressə" istinadən verdiyi məlumata görə, cərimənin ödənməsi Standard Chartered bankının rəhbərliyi ilə Nyu-York ştatının maliyyə Departamenti arasında əldə olunan razılaşmanın ən başlıca şərtidir. Departament bankı ABŞ-ın İran ilə bağlı tətbiq etdiyi sanksiyaları pozmaqda günahlandırmışdı. Banka məhkəmə çəkişmələrindən qaçmağa icazə verən razılaşmanın şərtləri çərçivəsində, Standard Chartered özünün Nyu-York filialına pulların yuyulması haqqında qanuna riayət edilməsinə nəzarət edəcək müşahidəçi dəvət etməyi də öhdəsinə göstərir. Bundan başqa, bank daxili yoxlama keçirəcək ki, onun fəaliyyətinin ABŞ tərəfindən İran ilə bağlı tətbiq etdiyi sanksiyaları pozub-pozmadığını araşdırsın.