“Biznesin sosial məsuliyyəti” adlı kitabça işıq üzü gördü
15 Avqust 2012 14:53 İqtisadiyyatİqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (İRÖM) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş birinci maliyyə yardımı müsabiqəsi çərçivəsində ayrılmış qrant vəsaiti hesabına nəşri nəzərdə tutulan "Biznesin sosial məsuliyyəti" adlı kitabçası artıq işıq üzü görmüşdür. Kitabça sosial problemlərin həlli istiqamətində biznesə təklif olunan mütərəqqi vasitələr, Azərbaycanda bu sahədə mövcud vəziyyətə yanaşmalar, milli sahibkarlığın bu fəaliyyətə cəlb olunmasının biznesin inkişafı üçün əhəmiyyəti, bu istiqamətdə ictimai təsisatlarla əməkdaşlığın vacibliyi və ictimai birliklərin atacağı addımlar, sosial məsuliyyətin biznes subyektlərində tətbiqi üzrə praktiki misalları özündə ehtiva edir.