Yanvar-iyul aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 3,8 milyard manatdan çox vəsait daxil olub

2012-ci ilin yanvar-iyul aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 milyard 815 milyon 559,6 min manat təşkil edib. Nazirliyin məlumatına görə vergi daxilolmalarının 42,5 faizi mənfəət vergisinin, 21,9 faizi əlavə dəyər vergisinin, 11,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,1 faizi aksizlərin, 16,6 faizi isə digər vergilərin payına düşür. Qeyri-neft-qaz sektoru üzrə 1 milyard 942 milyon 563,4 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16,0 faiz çoxdur.Yanvar-iyul aylarında respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 43 min 429, 2011-ci ilin iyul ayının 1-dən cari ilin avqust ayının 1-dək elektron qaydada  qeydiyyata alınmış fiziki şəxslərin sayı 36 min 668 olmuşdur. 1 avqust 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 456774-dür.  ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31