Azəriqaz: Azərbaycanda Smart kartların yüklənməsində yaranan problem həll olunub

Azərbaycanda son gülər qazdan istifadəyə görə ödəmələr üçün "Smart" kartların yüklənməsi ilə bağlı yaranmış problem artıq həll olunub. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
"Sayğaclar normal işləyir, problemlər yalnız qaz sayğaclarının "Smart" kartlarına pul yüklənməsi zamanı yaranıb. Nasazlığın səbəbləri texniki xarakter daşıyır və artıq aradan qaldırlıb", - İB-dən deyilib.
Avqustun birinə olan məlumata görə, Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 422 420 -ə çatıb.
Bu abonentlərin 640 782 -si Bakı şəhəri (628647 əhali, 9185 qeyri-əhali abonenti), 781 638-u isə regionların payına düşür.
Avqustun birinə olan məlumata görə, əhali qrupundan olan abonentlərdə quraşdırılan Smart-kartla çalışan sayğacların sayı 420 min ədəd təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31