Ermənistanda çörəyin qiyməti yenidən bahalaşıb
Son iki həftədə bu ikinci artımdır
14 Avqust 2012 13:57 İqtisadiyyatErmənistanda çörəyin qiyməti yenidən bahalaşıb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu ölkədə unun qiyməti isə 20 dram artıb. Ermənistan istehlakçılar birliyinin sədri Armen Poqosyan hesab edir ki, bahalaşma ölkədəki inhisarçılığın nəticəsində baş verir. Xatırladaq ki, Ermənistanda bu ayın əvvəlindədə çörək bahalaşmışdı. Əla növ undan hazırlanan çörəyin qiyməti 2.6% bahalaşmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31